Türkiyənin sabiq iqtisadiyyat naziri Əli Babacanın yeni partiyasının qurucular siyahısında eks-prezidenti Abdullah Gülün həyat yoldaşı Xeyrunnisə Gülün təmsil olunacağı iddia edilib.
Teleqraf.com xəbər verir ki, fevralın ortasında elan ediləcəyi gözlənilən partiyada Gülün xanımının təmsilçiliyi ilə əlaqədar hələlik Babacan və Gül tərəfindən açıqlama verilməyib.
Abdullah Gülün Babacanın partiyası ilə rəsmi əlaqələrinin olmayacağı və partiyanın təsis toplantısında iştirak etməyəcəyi deyilir.