8 Fevral 2020 21:20
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk milləti Mustafa Akıncıya həddini bildirəcək və o, elədiyi yalnış hərəkətin cəzasını ən ağır şəkildə seçkilərdə verəcək.

Axar.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının “Guardian” qəzetinə verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

“Şəhidlərin əziz ruhunu incidəcək bu cür açıqlamalar yalnız türk millətinin nəznində vaxtı keçmiş bir siyasətçinin narahatlığının təzahürü olaraq görülür. Heç kimin bir qarış torpağında gözü olmayan Türkiyə yüz illərlə türk vətəni olan Kiprin kimlərəsə hədiyyə edilməsinə icazə verməyəcək” - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Şimali Kiprin Prezidenti Mustafa Akıncı rəhbərlik etdiyi ölkənin Türkiyəyə birləşməsi ehtimalını qorxunc adlandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər