12 Fevral 2020 08:50
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adı “Qırmızı kitab”da yer alan sayqalar son 5 ildə ilk dəfə Özbəkistanın Ustyurt qoruğunda kameranın obyektivinə tuş gəlib.

Teleqraf.com xəbər verir ki, qoruğa quraşdırılmış təhlükəsizlik kamerası 35 ədəd sayqa qeydə alıb.

Son beş ildə Özbəkistanda sayqa populyasiyasına rast gəlinməyib.

Özbəkistan Ekologiya İdarəsindən verilən məlumata görə, Ustyurtda sayqa populyasiyası artma ərəfəsindədir, onların qorunması üçün ciddi səylər tələb olunur.

Dövlət Ekologiya Komitəsi xatırladıb ki, 2010-cu ildə Özbəkistan və Qazaxıstan hökumətləri sayqa populyasiyalarının qorunması, bərpası və davamlı inkişafı haqqında saziş imzalayıb. Sənədin icrası çərçivəsində Ustyurtda “Sayqa” landşaft qoruğu yaradılıb.

Qeyd edək ki, sayqa kiçik antilop növüdür. Erkəklərin qara ucları olan, kiçik yüngül buynuzları var, buna görə brakonyerlər tərəfindən təqib olunurlar. Buynuzlar ənənəvi Çin təbabətində istifadə olunur. Ekoloqların fikrincə, son 10 ildə iri məməlilərin sayı sayqaların sayı qədər azalmayıb. Bu növdə 90% azalma müşahidə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu