Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili (2013-2018) siyasətə qayıdır.
Bu barədə o, özü yerli mətbuata bildirib.
Sabiq dövlət başçısı deyib ki, Gürcüstan ciddi təhlükə qarşısındadır və ölkənin qərbmeylli kursunun dəyişməməsi üçün hər şey etməyə hazırdır: “Biz Gürcüstanın demokratik və qərbyönümlü kursunu dəyişməyə imkan verməyəcəyik. Bu, ölkənin nə vaxtsa demokratik olacağı ümidi ilə yaşayanlar üçün əhəmiyyətlidir. Biz bu seçimi müdafiə etməyə çalışacağıq”.
G.Marqvelaşvili siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məsələ ilə bağlı müxalifətlə məsləhətləşmələrə hazır olduğunu qeyd edib./Report/