ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirmə səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Trampın Ağ Evə göndəriləcək qanun layihəsinə veto qoyacağı gözlənilir.
Sözügedən layihə Trampın İrana yönəlik hərbi əməliyyatlardan əvvəl Konqreslə məsləhətləşməsini ehtiva edir.
Layihə Nümayəndələr Palatasında qəbul olunacağı halda Trampın təsdiqi üçün Ağ Evə göndəriləcək. Amma Donald Trampın layihəyə veto qoymaq hüququ var.
Senatdakı müzakirələrdən əvvəl açıqlama verən Amerika Prezidenti, hərbi layihənin rədd edilməsinin ABŞ-ın təhlükəsizliyi üçün vacib olduğunu demişdi:
“Əllərim bağlı olsa, İran bayram edəcək. Bu, çox pisdir. Sadəcə Respublikaçıları məğlub etmək istəyən Demokratlar Partiyasının siyasi oyunudur”.
Qeyd edək ki, buna bənzər bir layihə İran Silahlı Qüvvələrinin (SEPAH) Qüds Briqadasının komandanı, general Qasım Süleymaninin amerikalı hərbçilər tərəfindən öldürülməsindən sonra Nümayəndələr Palatasında qəbul olunmuşdu.