Çinin Uhan şəhərində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusa görə Pekin rəhbərliyi günahlandırılır. Çinin dövlət mediası prezidentin səs yazısını yayıb.
Teleqraf.com xəbər verir ki, yayılan səs yazısı Pekin rəhbərliyinin koronavirus təhlükəsi barədə əvvəldən xəbərdar olduğunu sübut edib.
Səs yazısından Çin prezidenti Si Çinpinin yanvarın 7-də virusla bağlı təlimat verdiyi məlum olur.
Lakin Pekin rəhbərliyi yanvar ayının sonuna qədər əhaliyə bu barədə heç bir məlumat verməyib.