18 Fevral 2020 14:10
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus kabusu yaşayan Çində gözlənilməz hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, “Röyter” agentliyi ölümcül koronavirusla mübarizədə kilid ad olan Vuhan xəstəxanasının baş həkimi Liu Zhimminqin virusdan öldüyünü bildirib.

Çin dövlət televiziyası bu səhət saat 10:30-da həkim Zhimminqin bütün cəhdlərə rəğmən vəfat etdiyini bəyan edib.

Zhimminq virusun ortaya çıxdığı Vuhan şəhərindəki, Vuhang xəstəxanasının baş həkimi idi. Bu xəstəxana Vuhan şəhərində karantin elan edilməsi və onun icrası baxımından vacib mərkəzlərdən hesab olunur.

Qeyd edək ki, Vuhan şəhərinin Hubei əyalətində ki, Ezhou xəstəxanasının sabiq baş həkimi Xu Depudanın ötən həftənin çərşənbə günü virusdan öldüyü müəyyən edilmişdi.


Müəllif: Cavad