19 Fevral 2020 14:35
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın paytaxtı Daşkənddə hüquq-mühafizə orqanlarının əməkdaşları “Katiba Tavhid val Cihad” terror təşkilatına üzv olmaqda şübhəli bilinən ölkənin 21 sakinini saxlayıbar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daşkənd şəhər Baş Daxili İşlər İdarəsi məlumat yayıb.

“Fevralın 19-da Daşkənddə beynəlxalq terror təşkilatı – “Katiba Tavhid val Cihad” tərəfdarları və üzvlərinin bir qrupunun fəaliyyəti dayandırıldı”, – deyə idarədən məlumat verilib.

İdarənin məlumatına görə, 18 ünvanda saxlanılanlar hazırda Suriyada eyni qrupda fəaliyyət göstərən Özbəkistan vətəndaşlarının ideoloji təsiri altına düşüblər.

“Suriyadakı qrup üzvləri Daşkənddə olanlara maliyyə yardımı etməyi, onlar da Suriyaya gedib qrupun sıralarına qoşulmağı planlaşdırırdılar”, – deyə məlumatda qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər