25 Sentyabr 2014 19:45
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vətəndaşı bu il iyulun 5-də yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən amansızcasına döyüldükdən sonra hökumətdən 1,5 milyon dollar kompensasiya almağa nail olub. Bu barədə Trend "Assoşieyted Press"ə istinadən məlumat verir.

Hadisə Los Ancelesdə baş verib. Qadın təyin olunmamış yerdə yolu keçir və yolun qırağı ilə gedəndə yol polisi ona tərəf qaçır. O, sərt şəkildə qadının qolunu buraraq yerə yıxır və üzünə və başına yumruq zərbələri endirməyə başlayır. Döyülmə yerli sakinlərdən birinin avtomobilindəki videoregistratorun yazısında qalır və yerli televiziyada yayımlanır. Vəziyyət zərərçəkmişin əslən Afrikadan olan evsiz amerikalı, onu döyən polisin isə ağdərili olması səbəbindən daha da qəlizləşir.

Sentyabrın 25-nə keçən gecə Kaliforniya ştatının yol patrul xidmətinin komissarı Co Ferrou və zərərçəkmişin vəkili aralarında 1,5 milyon dollar həcmində kompensasiya ödənilməsi haqqında razılaşma əldə olunduğunu bəyan ediblər. Qadını döyən polis isə istefaya getməyə razılıq verib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi insident qurbanının həyatının qalan hissəsinin maliyyə sabitliyinin təmin edilməsini, ona hücum edən zabitin isə ömürlük hüquq-mühafizə orqanlarında işləmək imkanından məhrum edilməsini tələb edib.


Müəllif:

Oxşar xəbərlər