21 Fevral 2020 13:14
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərəkdəki müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

Bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.

Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirləri keçirməyi də təxirə salmaq tövsiyə olunur./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər