22 Fevral 2020 13:43
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Baş naziri İmran Xan Pəncab şəhərindəki xəstəxanalardan birinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını verib.

Teleqraf.com xəbər verir ki, Baş nazir vətəndaşların xəstəxanada pulsuz müalicə ala biləcəyini açıqlayıb.

İmran Xan xəstəxanada evsiz və yoxsul insanlara sığınacaq və qida yardımının veriləcəyini də deyib.

O, dəstəyə görə Türkiyə hökumətinə öz təşəkkürünü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər