Əfqanıstan Prezidenti Əşrəf Qəni təhlükəsizlik strukturlarına Taliban qruplaşmasına qarşı aparılan əməliyyatları dayandırmaq təlimatı verib.
Teleqraf.com xəbər verir ki, prezident Talibanın ölkənin şərqində döyüşləri dayandırmaq haqda qərar verdiyini açıqlayıb.
O, Talibanla hökumət arasında aparılan danışıqların effektiv nəticə verdiyini, ölkə miqyasında atəşkəsin elan olunduğunu da sözlərinə əlavə edib.
Əşrəf Qəni bunun ABŞ-Taliban anlaşmasının bir hissəsi olduğunu bildirib.