24 Fevral 2020 14:22
2 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Ərdoğanın yürütdüyü siyasətlə demək olar, terror təşkilatlarını himayə edən dövlətə çevrilib. Ərdoğan bu gözəl ölkəni bir terror təşkilatının himayədarına çevrilməsini necə həzm edə bilir? Ərdoğan Türkiyəni Heyət Təhrir əl-Şamın himayədarına çevirdi”.

Teleqraf.com xəbər verir ki, bunun Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib.

CHP rəhbəri Suriyanın İdlib bölgəsinə gedən son proseslərə diqqət çəkib:

“Əsəd rejimi öz torpaqlarını terrorçulardan azad etməyə çalışır. Bütün dünya da orada qalanların terrorçu olduğunu qəbul edir, Ərdoğan da Türkiyəni bu terror təşkilatlarının himayədarına çevirdi. Xarici siyasətdə böyük güclərin maraqlarına xidmət edirsənsə, başın bəlandan qurtulmayacaq. Ərdoğan da gah Rusiyanın, gah da ABŞ-ın maraqlarına xidmət etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər