24 Fevral 2020 17:02
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yanvarın 12-dən bəri qiyamçı general Xəlifə Haftara bağlı Liviya Milli Ordusuna 6 min tondan çox yük daşıma gücündə olan 100 yükdaşıma təyyarəsi həcmində yardım göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviyanın legitim Milli Sülh Hökuməti açıqlama yayıb.

Açıqlamada BƏƏ-nin Dubay şəhərindən qalxan təyyarələrin Haftar ordusunun nəzarətində olan şərq bölgələrinə və Misir-Liviya sərhədlərinə endiyi bildirilib. Habelə gün ərzində bölgəyə iki təyyarə reysinin həyata keçirilməsinə də diqqət çəkilib.

BƏƏ təyyarələrin Haftar ordusu üçün muzdlu canlı qüvvələr və hərbi texnikalar, o cümlədən silah-sursat daşıdığı iddia edilib. Bəzi təyyarələrin 150 ton yük götürmə gücü olan “Antonov-124” tipli olması, Haftar ordusuna kənardan göndərilən yardımın həcminin böyük olması ehtimalını yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər