25 Fevral 2020 14:42
2 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirusun sürətlə yayıldığı İranda vəziyyətin ölüm həddinə çatmasından sonra Türkiyə təhlükəsizlik məqsədilə bu ölkə ilə sərhədlərini bağladı. Lakin qanunu pozmaq istəyən iranlılar Azərbaycandan istifadə edərək, Türkiyəyə gəlməyə çalışır. Bunu hiss edən Türkiyə hərəkətə keçdi. Səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həmkarı Oqtay Şirəliyevdən bu məsələyə həssas yanaşmasını istədi və virusla mübarizədə birgə mübarizə qərarı verildi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Türk mediası qeyd edir ki, virusun sürətlə yayılmasından sonra Türkiyə hökuməti İranla quru və hava sərhədlərini tamamilə bağlayıb:

“Lakin Türkiyənin gördüyü tədbirləri pozmaq istəyən iranlılar ilginc yola üz tutdular. İranda 25 milyondan çox Azərbaycan türkü yaşayır. Bundan istifadə etmək istəyən və Azərbaycan pasportu olan iranlılar Azərbaycan üzərindən Türkiyəyə keçməyə çalışırlar”.

Türk mediasının məlumatına görə, ötən gün Türkiyənin səhiyyə naziri azərbaycanlı həmkarı Oqtay Şirəliyevə zəng edərək, ondan Azərbaycan üzərindən Türkiyəyə gəlməyə çalışan iranlılarla bağlı diqqətli olmasını istəyib:

“Görüşdə tərəflər bu barədə razılaşma əldə edib”.

Nazir Şirəliyev türk həmkarına Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu