Rusiya İdlib böhranını daha da gərginləşdirən həmlə edib.
Teleqraf.com xəbər verir ki, rəsmi Kreml Fransa və Almaniyanın da iştirakı nəzərdə tutulan dördtərəfli zirvə görüşü barədə düşünmədiklərini və bu istiqamətdə müzakirənin olmadığını açıqlayıb.
Rusiya-Fransa-Almaniya-Türkiyə sammitinin əvəzinə İranın iştirakı ilə zirvə görüşü üçün iş aparıldığı bildirilir.
Kremlin sözçüsü Dmitri Peskov Fransa,Almaniya və Türkiyənin qatılacağı formatda sammitin müzakirə mövzusu olmadığını deyib. O İranın iştirakı ilə zirvə görüşünün mümkünlüyünə toxunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə martın 5-də Rusiya, Fransa, Almaniya və Türkiyə arasında İdlib məsələsini müzakirə etmək üçün birgə zirvə görüşünün keçiriləcəyini bəyan etmişdi.