Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, zərurət olmadıqca, koronavirusun yayıldığı ölkələrə getməməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, nazirlik vətəndaşlara İtaliya və İranda koronavirus təhlükəsi barədə xəbərdarlıq edib.
Bəyanatda səyahət etmək istəyən vətəndaşlara koronavirusun yayıldığı ölkələrə getdikləri təqdirdə önləyici tədbirlərə maksimum riayət etmələri xahiş edilib.