Türkiyənin Malatya əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 05:08-də qeydə alınan yeraltı təkanların episentri Pütürge rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.