28 Fevral 2020 16:49
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şeyxi İsfahanın "Sepahan" klubunda çıxış edib.

Rəsmi məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb və 245 yoluxma halı qeydə alınıb./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər