26 Sentyabr 2014 13:36
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-çilərin əlinə keçməsin deyə qızlarını öldürdü

İraq və Suriya türkmənlərinin liderləri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının türkmən bölgələrini ələ keçirdiyini və qadınlarının qaçırıldığını bildirib.

Teleqraf.com-un Sabah.com-a istinadən verdiyi xəbərə görə, bu barədə iraqlı türkmən lider Ərşad Salehi məlumat verib.

Onun sözlərinə görə, bir türkmən tayfa başçısı ona zəng edərək İŞİD-in əlinə keçməsin deyə qızlarını zəhərləyərək öldürdüyünü deyib.

Salihi ABŞ hava qüvvələrinin İŞİD-in irəliləməsinə əngəl törətdiyini, ancaq bunun kifayət etmədiyini bildirib:

“Hava qüvvələri hər yeri vura bilməz. Sadəcə, çöllərdəki düşərgələri vururlar. Quru qüvvələri də hazır olsa, ikisi bir-birini tamamlayıb bu iş üçün bir nəticə gətirər. Bunun üçün bölgədə yaşayan xalqlardan qüvvələr yığmaq lazımdır”.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər