Belarusda İngiltərə və bu ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 2020-ci il üçün beynəlxalq hərbi əməkdaşlıq planına uyğun olaraq Vitebsk Müdafiə Qoşunları Hava Qüvvələri Briqadasının təlim poliqonunda Belarus-İngiltərə birgə təlimləri başlayıb.
Britaniya tərəfi ilə birgə təlimlər 2018-ci ildən bəri hər iki ölkədə mütəmadi olaraq keçirilir.
Təlimlər Belarusu müttəfiqi Rusiyada müzakirə mövzusuna çevrilib. Rus mediasında yer alan məlumatlarda Belarus Rusiya ilə müttəfiqlik əlaqələrini təhlükə qarşısına qoymaqda ittiham edilib.