5 Mart 2020 13:01
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərindəki son vəziyyətlə bağlı açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, səfirlik iki ölkə arasında birbaşa uçuşların dayandırıldığını xatırladıb.

Məlumatda bildirilir ki, Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir: “Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınmalıdırlar”.

Yük avtomobillərinin sərhəddən keçidinin qismən təmin olunduğu və virusa yoluxanların karantinə alındığı qeyd olunub:

“Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər