Azərbaycanın Nizami Gəncəvi Mərkəzi koronavirus (COVID-19) epidemiyası ilə mübarizədə İrana dəstək verib.
İranın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nizami Gəncəvi Mərkəzi İran İslam Respublikasına səhiyyə vasitələrindən ibarət olan dörd bağlama humanitar yardım göndərib.