7 Mart 2020 14:26
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin gələn həftə koronavirusun ortaya çıxaraq dünyaya yayıldığı Uhan şəhərinə gedəcək.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində dövlət başçısının Uhandakı xəstəxanalara baş çəkəcəyi, vəziyyəti yaxından öyrənəcəyi bildirilib.

Si Cinpinin eyni zamanda Çin Elmlər Akademiyasının Virusologiya İnstitutuna da baş çəkəcəyi vurğulanıb. Habelə onun ötən ildən bu yana karantin altında olan xəstələrlə görüşəcəyi gözlənilir.

Dövlət başçısı Cinpin uzun müddətdir Uhana getməməsi səbəbindən tənqirlərə məruz qalırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər