9 Mart 2020 09:04
2 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərinin stadionlarında və sərgi mərkəzlərində təşkil olunan 14 müvəqqəti xəstəxanadan 11-i bağlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, çox sayda müalicə almış xəstənin sağalmasından sonra Uhanda təşkil edilən 14 müvəqqəti xəstəxanadan 11-i ləğv edilib.

Digər xəstələr koronavirus infeksiyası olan xəstələrin qəbul edildiyi ixtisaslaşdırılmış xəstəxanalara köçürülüb.

Son vaxtlar Çində epidemiyanın vəziyyəti, Hubey əyaləti də daxil olmaqla yaxşılaşmağa başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər