10 Mart 2020 16:30
4 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası məqsədilə Sünik rayonuna getmək üçün dövlət vertolyotundan istifadə etdi. Amma o, həmin hüquqa malik deyildi”.

Teleqraf.com xəbər verir ki, bunu aprelin 5-də keçiriləcək referendum əleyhinə qurulmuş “Xeyr” qərargahının nümayəndəsi, hüquq müdafiəçisi Ruben Melikyan deyib.

O, Ermənistan Baş nazirinin ciddi qanun pozuntusuna yol verdiyini bildirərək, vəzifəsindən sui-istifadə etməkdə ittiham edib:

“Bu gündən etibarən Nikol Paşinyan məzuniyyətdədir və özünün dediyinə görə, təşviqatla məşğul olacaq.

Amma bir sual var: Ermənistan vətəndaşı Nikol Paşinyan təşviqat məqsədi ilə Sünik bölgəsinə getmək üçün dövlət vertolyotundan istifadə etmək hüququna malikdirmi? Aydındır ki, yox”.

Hörmətli vətəndaşlar, baş verən qanun pozuntularına nə vaxt “Xeyr” deyəcəksiniz?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər