Çinin Vuhan əyalətində meydana gələn koronavirus dünyada sürətlə yayılır.
Teleqraf.com xəbər verir ki, İtaliya, Macarıstan və Slovakiyadan sonra, ABŞ-ın paytaxtı Vaşinqtonda da koronavirus epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, ABŞ-da koronavirus nəticəsində 31 nəfər həyatını itirib. 700-dən çox insan virusa yoluxub.
Prezident Donald Tramp son açıqlamasında vəziyyətin nəzarət altında olduğunu bildirmişdi.