“Suriyanın suverenliyi rəsmi Moskva üçün prioritetdir”.
Teleqraf.com xəbər verir ki, bunu Suriya Prezidentinin müşaviri Buseyna Şaban deyib.
O, Suriya hökumətinin İdlibin tamamilə azad edilməsinin və suriyalı qaçqınların vətənlərinə qayıtmasının tərəfdarı olduğunu bildirib.
Suriya Prezidentinin müşaviri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin üzərindən “bazarlıq” etdiyini və Suriya torpaqlarını ələ keçirməyi planlaşdırdığını iddia edib.