12 Mart 2020 18:46
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da “Wikileaks” olaylarının baş oyunçularından biri olan keçmiş hərbi kəşfiyyatçı Çelsi Manninq saxlanıldığı həbsxanada intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, həyatı xilas edilən Manninq müalicə olunur.

“Wikileaks” saytının qurucusu Julian Assanca dövlətə məxfi sənədləri vermək ittihamı ilə həbs olunan Çelsi Manninq Barak Obama dönəmində sərbəst buraxılmışdı. Lakin bundan sonra istintaqa ifadə verməkdən yayındığı üçün 2019-cu ildə yenidən həbs olunub.

Təxminən 1 ildir həbsdə olan 32 yaşlı Manninqin intihara cəhd etdiyi bildirilib.

Ekvadorun İngiltərədəki səfirliyində 7 il qaldıqdan sonra həbs edilən Julian Assancın isə ABŞ-a ekstradisiyası tələb edilir. Barəsində irəli sürülən ittihamlar təsdiqini tapsa, 175 il azadlıqdan məhrum olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər