ABŞ Silahlı Qüvvələri İraqdakı Kətaib Hizbullah qruplaşmasının silah anbarlarına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Bu zərbələrin İraqda ABŞ bazalarına edilən hücuma cavab olaraq endirildiyi bildirilib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Taci bazasına hücum olub. Nəticədə 2 ABŞ əsgəri ölüb, 12 nəfər isə yaralanıb. Pentaqon hücumda 1 Britaniya əsgərinin də öldüyünü bildirib.