16 Mart 2020 10:44
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın hakim Respublika Hərəkatı Partiyası (LREM) parlament seçkilərinin ilk turunda məğlub olub.

Teleqraf.com xəbər verir ki, LREM-in qurucusu Fransa Prezidenti Emmanuel Makrondur.

Baş çatan ilk turda seçicilərin 54.5 faizi iştirak etməyib. Seçkidə 36.45 faiz fəallığın olduğu bildirilib.

LREM-in ilk turda ölkənin Paris, Lion və Marsel kimi önəmli və böyük şəhərlərində istədiyi nəticələri əldə edə bilmədiyi açıqlanıb.

Anketlərdə Yaşıllar Partiyası (EELV) namizədlərinin bir çox böyük şəhərdə seçkinin ilk turunu birinci yerdə başa vurduğu, ikinci tura böyük üstünlüklə getdiyi qeyd olunub.

Anketlərdə Respublikaçılar Partiyası (LR), solçu Sosialist Partiyası və Marina Le Penin lideri olduğu Milli Birlik Partiyasının öz səslərini qoruduğuna da diqqət çəkilib.

Seçkilərin ikinci turu martın 22-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər