“Suriyanın İdlib vilayətində vəziyyət həssas olaraq qalır, bölgədə yenidən ara qarışa bilər”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Boris Rojin deyib.
Rojinin sözlərinə görə, Heyət Təhrir əl-Şam qruplaşması Rusiya və Türkiyə arasında əldə edilmiş anlaşmaya uyğun olmayaraq, atəşkəs rejimini pozacaq fəaliyyətlər həyata keçirir:
“Silahlı qruplaşma Suriya ordusunun (Bəşər Əsəd) mövqelərini və M5 magistral yolunu atəşə tutmağa çalışacaqlar. Ancaq Türkiyənin dəstəyi olmadan Təhrir əl-Şamın böyük hücuma cəhd edəcəyinə inanmaq çətindir”.
Ekspert Rusiyanın dəstəklədiyi Bəşər Əsəd ordusunun gözlənilmədən Türkiyənin mövqelərinin yerləşdiyi bölgədə hərbi əməliyyatlara başlayacağını istisna etməyib.