Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Çanq Xinmin “Favipiravir” adlı dərmanın koronavirusun müalicəsində effektli olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda “Favipiravir”-nin xəstəliyin yüngülləşmə müddətini 11 gündən 4 günə qədər azaltdığı bildirilib.
Yaponlar tərəfindən əldə edilən “Favipiravir” 2014-cü ildən bəri Yaponiyada satışdadır.
Çin rəsmiləri koronavirusun müalicə prosesində istifadə olunan sözügedən dərmanın effektli olduğunu iddia edib.
Məlumatda qeyd edilib ki, “Favipiravir” adlı dərmanın “Kovid-19”-un yüngülləşmə müddətini 11 gündən 4 günə qədər azaltdığı sübut edilib.
Virusun bütün ölkəni cənginə aldığı Çində ölü sayı 3237 nəfərə çatmasına baxmayaraq, son günlərdə yoluxanların sayının kəskin azalması diqqət çəkib.