18 Mart 2020 13:14
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hakimiyyəti gələn həftə “Böyük iyirmilik” ölkələrinin təcili zirvə toplantısını çağıracaq.

Teleqraf.com xəbər verir ki, sammit onlayn rejimdə keçiriləcək.

“G20-yə sədrlik edən ölkə Səudiyyə Ərəbistanı G20 liderlərinin növbəti həftə fövqəladə virtual sammitini çağırmaq üçün G20 ölkələri ilə əlaqə yaradır. Fövqəladə virtual sammitin keçirilməsində məqsəd COVID-19 pandemiyasına əlaqələndirilmiş şəkildə reaksiya verməkdir”, – deyə sammitin saytında bildirilib.

Səudiyyə Ərəbistanının pandemiyanın təsirini azaltmaq üçün beynəlxalq təşkilatlarla işləyəcəyi bildirilir.

Bundan əvvəl İspaniya hökuməti İspaniyanın Baş naziri Pedro Sançezlə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olduğunu açıqlamışdı. Açıqlamada qeyd edilmişdi ki, bu il G20-yə sədrlik edən Səudiyyə Ərəbistanı yaxın günlərdə koronavirusla bağlı onlayn sammit keçirmək niyyətindədir.


Müəllif: Səxavət

Oxşar xəbərlər