22 Mart 2020 09:28
4 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ-nin lideri İosif Stalinin biblioqrafiyasında koronavirus epidemiyasına dair proqnozu tapılıb.

Teleqraf.com xəbər verir ki, Stalin 1947-1948-ci illərdə yazdığı məqaləsində Yaponiyaya atom bombardmanını tənqid edir və ABŞ hökumətinin nüvə silahlarından da qorxunc vasitələrə əl atacağını bildirir.

Sovet lideri inanırdı ki, kapitalistlər dayandırılmasa, bioloji silahlardan onların maraqlarına xidmət etməyən ölkələri tabe etmək üçün istifadə edəcəklər:

“İllər keçəcək, nəsillər dəyişəcək. Əgər Sovet xalqı bir gün sayıqlığını itirərsə, şirin sözlərə inanarsa, amma Vaşinqtonun yalan danışan və kapitalın vəhşi dünyasını qoruyan Atlant olduğunu unutsa, bu, bütün planet üçün problem olacaq. Atom bombaları əvəzinə bütün xalqlara öz dəstələrini və epidemiya göndərəcəklər.

Hədəflərinə çatmaq yolunda yolunda belə viruslar görünəcək, seçilmiş və itaət etməyən bütün üsyankar xalqlara qarşı bunlardan istifadə olunacaq, həmişə kapitalistlərin hədəfində olduğunuzdan əmin olun. Buna görə yalnız bu iyirmi ildə deyil, növbəti iyirmi ildə də deyil, bu pisliyin mənbəyi planetdə mövcud olduğu müddətdə diqqətli olmalıyıq”.

Amerikalı senator Bob Doul Stalinin fikirlərinin sosial şəbəkələrdə yayılmasından sonra bunu “cəfəngiyat” adlandırıb. Amerikalı siyasətçi Henri Kissincer buna şərh verməyin çətin olduğunu bildirib. ABŞ-ın digər rəsmilərindən isə hələlik açıqlama yoxdur.

Çin bir neçə gün əvvəl ABŞ-ı ölkə ərazilərində pandemiya yaylmaqda ittiham etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər