ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə məktub göndərərək, koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, Tramp məktubda Kim Çen İnin xalqını koronavirus təhdidindən qorumaq üçün göstərdiyi səylərdən təsirləndiyini, bu istiqamətdə birgə mübarizəyə hazır olduğunu yazıb.
Ağ Evdən adı anonim saxlanılan bir rəsmi şəxsin Amerika KİV-ə verdiyi açıqlamada bu məktubun iki lider arasındakı şəxsi münasibətlərdə bir istiliyin olmasının göstəricisi olduğunu deyib.
Məlumatda Trampın Şimali Koreya başçısı Kim Çen İnlə əlaqələrin davam etməsini dörd gözlə gözlədiyi bildirilib.
Şimali Koreya mediası da Kim Çen İnin Donald Trampdan koronavirusla birgə mübarizəyə dair məktub aldığını yazıb. Digər yandan, Çen İnin amerikalı həmkarına hansı cavabı verdiyi açıqlanmayıb.