İranda bir gündə 129 nəfər koronavirusun qurbanı olub.
Bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 1 685 nəfərdir.
O bildirib ki, daha 1 028 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 21 638 nəfərə çatıb.
Nazir müavini həmçinin, 7 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.