26 Mart 2020 08:29
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus bütün bəşəriyyəti təhdid edir. Ölkələrin fərdi mübarizəsi kifayət eləmir, bütün dünya virusa qarşı birgə mübarizə aparmalıdır. İşbirliyi olmazsa və birlikdə tədbir görülməzsə, milyonlarla insan həlak olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

Onun sözlərinə görə, hətta güclü səhiyyə sistemi olan zəngin ölkələr belə bu təzyiqlə üz-üzədir: "Hazırda bu virus müharibə, təbii fəlakət və iqlim dəyişikliyi ilə əlaqədar humanitar böhranın içində itib-batan ölkələrə də çatıb. Təmiz su və sabun tapa bilməyən insanlar var. Kritik vəziyyətdə bu insanlar xəstəxanada yataq və süni tənəffüs cihazları ilə təmin edilə bilməyəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər