ABŞ-da koronavirus qurbanlarının sayı 1 711 nəfərdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 104,8 mindir.
Nyu-York şəhəri ölüm hallarının sayına görə liderdir. Burada 450 nəfər koronavirusun qurbanı olub. İkinci yerdə 125 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.
ABŞ-da COVID-19 infeksiyasından sağalanların sayı 894 nəfərdir.