29 Mart 2020 14:18
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkelə təqdim edilən məxfi dosyedə testlərin keçirilməyəcəyi və onların izolyasiya edilməyəcəyi təqdirdə ölkə əhalisinin 70 faizinin infeksiyaya yoluxması, xəstəxanaların aşırı yüklənməsi və 1 milyondan çox insanın ölə biləcəyi qeyd edilib.

Teleqraf.com “Der Spigel”ə istinadla xəbər verir ki, məxfi sənədə iki ay müddətinə ciddi və sərt tədbirlərin həyata keçirilməsi, ən pis ssenarini qabaqlamaq üçün Cənubi Koreya kimi çox sayda koronavirus testinin keçirilməsi tövsiyə edilir.

Sənədə görə, 13 apreldən etibarən ən azı gündə 100 min koronavirus testinin keçirilməsi, bu rəqəmin aprelin sonunda 200 minə qədər artırılması vacib sayılır.

Sənədin xəbərdarlıq hissəsində cəmiyyətdə ciddi məhdudiyyətlərin tətbiq edilmədiyi, virusa yoluxan insanların geniş test yolu ilə aşkarlanmadığı və təcrid olunmadığı təqdirdə əhalinin 70 faizinin epidemiyaya yoluxacağına diqqət çəkilir. Bildirilir ki, bunun nəticəsində ölkə xəstəxanaları yüklənəcək və 1 milyondan çox insan ölün təhlükəsi ilə üzləşəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər