İran Müşarikət Cəbhəsi Partiyasının keçmiş sədri, sabiq deputat Məhəmmədrza Xatəmi koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, Məhəmmədrza Xatəmi İranın keçmiş prezidenti Məhəmməd Xatəminin doğma qardaşıdır.
Tehran xəstəxanalarından birində müalicə alan Məhəmmədrza Xatəmi sosial şəbəkə hesabındakı paylaşımında İran hökumətini koronavirusla mübarizədə səriştəsizlikdə günahlandırıb.