31 Mart 2020 12:33
2 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi təyyarələr Yəmənin paytaxtı Sanada yerləşən hərbi məktəbə bir neçə dəfə hava hücumu təşkil edib.

Teleqraf.com xəbər verir ki, hücum zamanı ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Səudiyyə hərbi təyyarələrinin Sananın şimalında yerləşən televiziya stansiyasını da bombaladığı bildirilir.


Müəllif: Leyla

Oxşar xəbərlər