Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 70 nəfər artaraq 300-ə çatıb.
Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır.
F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb.