Almaniyanın Bonn şəhərində yerləşən Bonn Universitetinin xəstəxanasında inşaatlar işləri aparılarkən II Dünya Müharibəsindən qalma 250 kiloqram ağırlığında bomba tapılıb.
Teleqraf.com xəbər verir ki, bundan sonra xəstəxananın reanimasiya şöbəsində olan 69-u ağır olmaqla, 213 xəstə təxliyə olunub.
Xəstəxanadan çıxarılan xəstələrin arasında koronavirus testi pozitiv çıxanlar da olub.
Bundan başqa xəstəxananın 500 metr radisunda yerləşən obyektlər və evlər də boşaldılıb.
Daha sonra bombanı zərərləşdirmək üçün əməliyyata başlanılıb.