Əfqanıstan paytaxtı Kabulda, prezident sarayında ölkənin yeni prezidenti Əşrəf Qaninin andiçmə mərasimi keçirilib.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, bundan əvvəl altı ay seçki saxtakarlığı və səslərin yenidən sayılması ətrafında davam edən acı mübahisələrə görə seçkilərin nəticələri ilə bağlı durğunluq müşahidə olunub.
Gani dövlət başçısı kimi ilk çıxışında Taliban terror təşkilatını sülh danışıqlarına və siyasi müzakirələrə qoşulmağa çağırıb.
Eyni zamanda yoxsulluqla mübarizə edəcəyi və məşğulluğun artırılması üçün səy göstərəcəyi vəd edən yeni dövlət başçısı sosial ədalət olmadan sülhün əldə olunmayacağını bildirib: “Tam sülhün bərqərar olması üçün çox çalışacağıq”.
Samir