2 Aprel 2020 16:35
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin rusiyalılara yeni müraciətin mətni üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İş qrafikində prezidentin rusiyalılara günortadan sonra daha bir müraciət etməsi nəzərdə tutulub”, – deyə Kremlin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu müraciət “yəqin ki, saat dörddən sonra olacaq”.

“Hazırda prezident bu müraciətin mətni üzərində işləyir”, – deyə Peskov əlavə edib.

Qeyd edək ki, Rusiya Prezidentinin koronavirus infeksiyasının yayılması ilə əlaqədar vətəndaşlara ilk müraciəti martın 25-də baş tutub. Dövlət başçısı qeyd etmişdi ki, Rusiya coğrafi mövqeyinə görə ölkə ərazisinə infeksiyanın daxil olmasını tamamilə əngəlləyə bilməz. Bununla əlaqədar olaraq prezident həmvətənlərini ehtiyat tədbirlərinə və həkimlərin göstərişlərinə əməl etməyə çağırıb.

Aprelin 1-də isə V.Putin Rusiyada COVID-19-la bağlı vəziyyətin daha da mürəkkəbləşdiyini söyləmişdi. Həmin gün baş nazirin müavini Tatyana Qolikova V.Putinlə video-konfrans vasitəsilə keçirilən iclasda ölkədə qeyri-iş günlərinin müddətinin uzadılmasının vacibliyini qeyd etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər