3 Aprel 00:56
320

Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötən.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumatında qeyd olunur.

Universitetin məlumatına görə, koronavirusa yoluxanların sayı 1 002 159-a çatıb. Dünyada 51 485 nəfər pandemiyanın qurbanı olub.

Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.


Müəllif: Teleqraf.com