Ermənistanda bu gün saat 11:00-a olan məlumata əsasən sutka ərzində 52 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 822-yə çatıb. Onlardan 57-si sağalıb, 7 xəstə isə ölüb.