7 Aprel 2020 00:43
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 1000-dən çox hərbçi koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, orduda yoluxanların sayı 1132 olub. ABŞ Milli qvardiyasının 303 üzvündə virus aşkarlanıb.

Daha çox yoluxanlar isə Hərbi-dəniz qüvvələrində aşkarlanıb (431 nəfər). 150 xəstə isə aviasiya qüvvələrindədir.


Müəllif: Teleqraf.com