7 Aprel 2020 01:54
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının paytaxt Riyad da daxil olmaqla, ölkənin bir neçə bölgəsində 24 saat komendant saatı tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, tam komendant saatı Dammam, Dahran, Ciddə, Tabuk, Hofuf və Ər-Riyad şəhərlərində, eləcə də Ciddə, Taif, El-Katif və Əl-Xobar əyalətlərində "dərhal və daha sonra xəbərdar edilməsindəndək qüvvəyə minir".

Qeyd edilirki, bu tədbirlər koronavirusun yayılmasına qarşı görülüb. Sakinlərə yalnız səhər 6-dan axşam 3-dək evin yanında yerləşən aptek və ərzaq mağazalarına getmək üçün icazə veriləcək. Məhdudiyyətlər iqtisadiyyatın həyati sahələrində çalışan insanlara aid edilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər